Xəzər Xəbər

Ağsu və Saatlıda ağır yol qəzaları - 2 ölü, 1 yaralı var - VİDEO

Veb TV | 19:28 • 19 Noyabr 2019
Ağsu və Saatlıda ağır yol qəzaları -

Ağsuda yük maşını aşıb, nəticədə 1 nəfər ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Bakı-Şamaxı-Yevlax yolunun Ağsu dolaylarından keçən hissəsində qeydə alınıb.

Asfalt zavoduna məxsus yük avtomobilinin aşması nəticəsində Bakının Qobu qəsəbə sakini, 32 yaşlı Tahir Rüstəmov və Sumqayıt sakini, 26 yaşlı Rasim Abdullayev ağır xəsarət alıblar. Yaralılar Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, Tahir Rüstəmov xəstəxanada dünyasını dəyişib.

Saatlıda isə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə ötən gecə rayon ərazisində qeydə alınıb. Saatlı rayon Mərkəzi Xəstəxanasının yaxınlığında minik avtomobili yolu keçən piyada 54 yaşlı rayon sakini Hicran Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Saatlı rayon polis şöbəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti