Xəzər Xəbər

Uşaqlar yolda elə təhlükəli iş etdi ki… VİDEO

Veb TV | 19:41 • 17 Noyabr 2019
Uşaqlar yolda elə təhlükəli iş etdi ki…

Bakıda toy karvanında təhlükəli anlar yaşanıb. Bəylə gəlinin olduğu avtomobilin qarşısını kəsən bir qrup uşaq öz həyatlarını riskə atıblar. Bu hadisə ənənəyə çevrilmiş toy karvanlarının qarşısınıkəsib bəxşiş alınmaq təhlükəsini bir daha gündəmə gətirib.

Yolda hərəkətdə olan bəy gəlin avtomobilinə yaxınlaşan uşaqlar bəxşişistəyirlər.

Toy karvanında olan avtomobillərdən birinin videoqeydiyyat cihazı tərəfindən qeydə alınan hadisə bir neçə gün əvvəl Bakıda baş verib.

Videodan da göründüyü kimi, bir neçə uşaq bəy gəlin avtomobilinə yaxınlaşırlar. Avtomobil hərəkətdə olduğu üçün uşaqlar da yolun hərəkət hissəsi ilə qaçırlar.Amma bu zaman uşqlar az qalsın ki, toy karvanında olan avtomobillə yol kənarındakı yük maşının arasında qala.

Başqa bir görüntüdə isə üç azyaşlı bəy gəlin avtomobilinin qarşısını kəsərək onun hərəkət etməsinə mane olur.uşqlardan birinin avtomobilin qarşısındaaşağı əylilməsi, isəqəza riskini daha da artırır.

Görüntüləri izləyən yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, bu cür hallarda valideynlərin üzərinə böyük məsuliyyət düşür.

Ekspert bununla yanaşı toy karvanında olan sürücülərə diqqətli olmağı, maksimum dərəcədə uşaqları görərəkən asta sürətdə hərəkət etməyi tövsiyyə edir.

Şəhər sakinləri də uşaqların həyatlarını təhlükəyə ataraq bəy gəlin avtomobilinin qarşısını kəsib şirinlik almsınının əlehinədirlər.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi də dəfələrlə toy karvanında olan sürücülərə xoşagəlməz halların baş verməməsi üçünqaydalara əməl etməyi tövsiyyə edib. çünki, belə hallarda hüquqi məsuliyyət məhz sürücülərin üzərinə düşür.

Xəbər lenti