Xəzər Xəbər

Bakıda keçmiş məhkumlar sex açıb, əl işləri hazırlayırlar - "Məqsədim onları cinayətdən uzaq tutmaqdır" - VİDEO

Veb TV | 18:38 • 16 Noyabr 2019
Bakıda keçmiş məhkumlar sex açıb, əl işləri hazırlayırlar -

Bakıda keçmiş məhkumlar sex açıb.

Xezerxeber.az-ın məlumatına görə, bu təşəbbüs 13 il həbsdə qaldıqdan sonra azadlığa çıxan Dursun Mahmudovdan gəlib.

Dursun deyir ki, öz səhvi ucbatından törətdiyi cinayətə görə 15 il azadlıqdan məhrum edilib. O, cəzaçəkmə müəssisəsində olduğu müddətdə taxta üzərində oyma işini öyrənib. Azadlığa çıxdıqdan sonra isə bu işi davam etdirmək qərarına gəlib. Beləliklə, Dursun Mahmudov sex açıb və məhkumluq həyatı yaşadıqları dövrdə bir yerdə çalışdıqları insanları azadlığa çıxdıqdan sonra bura cəlb edir.

Dursun Mahmudov deyir ki, sexi açmaqda məqsədi həbsxanadan azadlığa çıxan şəxsləri işə cəlb etmək və cinayətdən uzaq tutmaqdır. Onlar sexdə taxtadan tələbata uyğun olaraq ən çox nərd, şahmat, gəmi, mücrü və şəkil çərçivəsi hazırlayırlar. Hazırlama müddəti isə 5-20 günə başa gəlir. Onlar daha çox sifarişlə əl işləri hazırlayırlar.

Mahir Muradov da sexin fəal ustalarındandır. O, daha çox taxta yonma və oyma işləri ilə məşğul olur.

Sexdə rəssam işini isə İlqar Gözəlov görür. O, müştərilərin istəyinə uyğun şəkil və ya naxış çəkərək taxtada istədiyi formanı alır.

Qeyd edək ki, əl işləri hazır olduqdan sonra Dursun Mahmudov onları müştərilərə və yaxud da mağazalara çatdırır. Əl işlərinin qiymətləri isə 50-500 manat arasında dəyişir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti