Xəzər Xəbər

Gəncədə iki qətl: oğul atasını, kişi isə arvadını öldürüb - VİDEO

Veb TV | 18:01 • 16 Noyabr 2019
Gəncədə iki qətl:

Gəncə şəhərində sərxoş oğul atasını bıçaqlayaraq öldürüb.

Xezerxeber.az-ın məlumatına görə, Hadisə Gəncədə, Kəpəz rayonunun dəmir yolu ərzisində baş verib.

Şəhər sakini, 25 yaşlı Yusif Dadaşov sərxoş vəziyyətdə atası, 52 yaşlı Mübariz Dadaşovla mübahisə edib. O, münaqişə zamanı atasını bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən Yusif Dadaşov saxlanıb.

Gəncədə daha bir qətl isə Zülfi Hacıyev küçəsində törədilib. Salyan sakini, 33 yaşlı Zaur Orucov həyat yoldaşı, 24 yaşlı Nuranə Quliyevanın yataq otağının pəncərəsindən içəri daxil olub. Zaur Orucov qadının ondan boşanmaq istəməsi səbəbindən üzərində gətirdiyi bıçaqla ona 8 zərbə vurub.

Nuranə Quliyeva xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Zaur Orucov saxlanıb.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti