Xəzər Xəbər

Abşeron və Yevlaxda evlərə qənim kəsilən şəxslər yaxalanıb - VİDEO

Veb TV | 18:44 • 15 Noyabr 2019
Abşeron və Yevlaxda evlərə qənim kəsilən şəxslər yaxalanıb -

Abşeronda mənzilləri qarət edən iki dost saxlanılıb.


Xezerxeber.az-ın məlumatına görə, Mehdiabad polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat istintaq tədbirləri nəticəsində Saray, Novxanı, Masazır, Mehdiabad, Digah, Məhəmmədi, Fatmayı və digər ərazilərdə oğurluq hadisəsi törədən iki dost - Orxan Paşazadə və Əhməd Savdumovtutulub.


Araşdırma zamanı məlum olub ki, həmin şəxslər "Mercedes” markalı, 90 RG 257 dövlət nömrə nişanlı avtomobilləevlərin yaxınlığına gedərək, mənzilləri əvvəlcə nəzərdən keçiriblər.


Sonra cinayət əməlində istifadə etdikləri soyuq silahlarla evlərə daxil olaraq oradan pul, qızıl, məişət avadanlıqları və sair əşyaları götürərək aradan çıxıblar.


Oğruların ümumilikdə 30-a yaxın evi qarət etdiyi məlum olub. Bütün faktlar toplanaraq, barələrində həbs-qətimkan tədbiri seçilib.


Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Yevlaxda da silsilə oğurluq edən şəxs saxlanılıb. Noyabr ayında bir qrup rayon sakini polisə müraciət edərək onlara məxsus evlərdən oğurluq edilməsi barədə məlumat veriblər. Məlumatla əlaqədar keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 3 evdən oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini Alim Abdullayev saxlanılıb.

Alim Abdullayevin digər əməllərinin olub olmaması polis tərəfindən araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti