Xəzər Xəbər

Bu il Azərbaycanda verilən kreditlərin böyük hissəsi biznesə ayrılıb VİDEO

Veb TV | 19:37 • 14 Noyabr 2019
Bu il Azərbaycanda verilən kreditlərin böyük hissəsi biznesə ayrılıb

Bu il Azərbaycanda verılən kreditlərın böyük hissəsi biznesə ayrılıb. O cümlədən bank sektorunda aparılan islahatlar da öz effektiv nəticəsini verməkdədir. Beləki xarici kapital ölkə banklarında artmaqdadır. Hazırda ölkədəkı 30 bankın 14-də xarıcı kapıtal mövcuddur və ıneksıya edılən 1,9 mılyard manat kapıtalın 1 mılyard manatı xarıcı kapıtallı bankların payına düşüb.

Bu ilin əvvəlindən Azərbaycanın bank sektoruna 2 milyard manata yaxın kapital qoyulub.

Bu barədə «Kiçik və orta biznes subyektlərinin maliyyə bazarlarina çıxışında şəffaflıq forumu: mövcud vəziyyət və perspektivlər» forumunda Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri vəzifəsini icra edən İbrahim Alışov deyib.

İbrahim alışov bildirib ki, 2017-ci ilin II yarısından başlayaraq Azərbaycanda bank əmanətlərinin azalması dayanıb və əmanətlər artmağa başlayıb.O cümlədən aparılan islahatların nəticəsidir ki,banklarda xarici capital artıb.

İbrahim Alışovun sözlərinə görə, son 1 ildə biznes kreditlərinə ayrılan məbləğ də artırılıb.

Bununla yanaşı Azərbaycanda real sektorunun maliyyələşdirilməsinin sürətləndirilməsi üçün hər bir bank üzrə ayrıca strategiya hazırlanıb.Strategiyanın tətbiqi bankların inkişafını daha da sürətləndirəcək.

Xəbər lenti