Xəzər Xəbər

Azərbaycanda turist axınına təsir edəcək xarici filmlər çəkiləcək VİDEO

Veb TV | 20:29 • 9 Noyabr 2019
Azərbaycanda turist axınına təsir edəcək xarici filmlər çəkiləcək

Azərbaycanda Koreya filmi çəkiləcək. Filimin çəkilişinə Dövlət Turizm Agentliyi dəstək göstərəcək. Artıq müəyyən danışıqlar aparılıb. Agentlikdən bildirilir ki, filmin çəkilişində əsas məqsəd ölkəyə gələn turistlərin sayını artırmaqdır. Xüsusən koreyalılar yerli filmlərinin çəkildiyi ölkəyə səyyahət etməyi sevirlər

Azərbaycanda turist axınına təsir edəcək xarici filmlər çəkiləcək. Artıq dövlət turizm agentliyi bununla bağlı işlərə başlayıb. Agentliyin sözçüsü Kənan Quluzadə deyir ki, əsas hədəf bəzi filmlərə dəsdək olmaqla turist axınını artırmaqdır

Kənan Quluzadə deyir ki, artıq koreyadan film çəkilişi üçün sifariş alınıb.

Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, bu təcrübə bir çox turizm potensialı olan ölkələrdə geniş yayılıb. Məsələn bu yaxınlarda qonşu gürcüstanda çəkilən forsaj filminin çəkimlərini izləmək üçün minlərlə turist gəlib.

Ekspert onu da bildirdi ki, türkiyə praktikasında da bu təcrübə kifayət qədər geniş yayılıb. Xüsusən istanbulda xarici kliplərin, istər filmlərin çəkilməsi üçün lazimi şərait yaradılır. Bu isə son nəticədə turist axınına öz təsirini göstərir.

Xəbər lenti