Xəzər Xəbər

Türkiyəli tanınmışlardan möhtəşəm Azərbaycan Dövlət Bayrağı Günü təbriki - VİDEO

Veb TV | 10:50 • 9 Noyabr 2019
Türkiyəli tanınmışlardan möhtəşəm

Türkiyənin tanınmış siyasi, ictimai xadimləri, sənət adamları 9 noyabr Bayraq Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

XəzərXəbər xəbər verir ki, təbriklərin yer aldığı video "HaberGlobal”da yayımlanıb.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bayram təbrikini bu sözlərlə dilə gətirib:

"Bir millət, iki dövlət” ifadəsi ilə güclənən qardaşlığımızı daha yüksək səviyyələrə çıxarmaq həm ortaq mirasımıza, həm də gələcək nəsillərə olan borcumuz və vəzifəmizdir. Çünki azadlığımız, gələcəyimiz, əmin-amanlığımız bir-birinə bağlıdır. Türkiyə Azərbaycandır, Azərbaycan Türkiyədir!”.

Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov bu dəyərli təbrikə görə həmkarına dərin təşəkkürünü ifadə edib.

Xəbər lenti