Xəzər Xəbər

Ucarda su qıtlığı yaşanır - VİDEO

Veb TV | 20:14 • 8 Noyabr 2019
Ucarda su qıtlığı yaşanır -

Son vaxtlar havaların quraq keçməsi Aran rayonlarında susuzluğa səbəb olub. Belə rayonların biri də Ucardır. Bu səbəbdən də həm meyvə ağacları quruyur, həm də əkin sahələri suvarıla bilmir.

Xezerxeber.az-ın məlumatına görə, Ucar rayonu ərazisində suvarma suyunun əsas mənbələri Göyçay çayı, Yuxarı Şirvan kanalı və bir hissəsi isə Türyançaydır.

Hava şəraitinin quraq keçməsi bu çaylarda suyun səviyyəsinin aşağı düşməsi ilə nəticələnib. Su səviyyəsinin aşağı enməsi bir necə kənd və yaşayış məntəqələrində susuzluğa gətirib çıxarıb.

Belə kəndlərdən biri də Ucarın Çiyni kəndidir.

İki minə yaxın əhalisi olan Çiyni kənd sakinləri bir neçə aydır ki, çarəsiz qalıb. Artıq agaclar da qurumaq üzrədir.

Ucar rayon Suvarma Sistemləri İdarəsində də mövcud vəziyyətdən xəbardardırlar. İdarə problemi əsas kanallarda suyun azalması ilə əlaqələndirir.

İdarədən bildirilib ki, rayon ərazisində kəndlərdə su probleminin qismən aradan qaldırılması üçün qrafik hazırlanıb. Növbə əsasında kəndlər su ilə təmin edilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti