Xəzər Xəbər

Bakıdakı bəzi şadlıq evləri və restoranlar havanı çirkləndirir - VİDEO

Veb TV | 20:53 • 8 Noyabr 2019
Bakıdakı bəzi şadlıq evləri və restoranlar havanı çirkləndirir -

Hazırda fəaliyyət göstərən bir çox şadlıq evlərində tüstünü təmizləyən qurğu olsa da onlara vaxtında qulluq göstərilmir. Ona görə də havaya normadan artıq zərərli maddələr atılır.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında məlumat verilib. Ən çox pozuntu Bakının Nizami rayonunda qeydə alınıb. Ümumilikdə 3 şəhərdə aparılan monitorinqlər zamanı 40-dan çox belə şadlıq evi müəyyən edilib.

Mətbuat konfransında o da bildirilib ki, ölkəmizdə canavarların sayı 2 min baş həddindədir və kəndlərə canavar hücumlarının sayının artması tamamilə təbii amillərlə bağlıdır.

odur ki, nazirlik rəsmiləri vətəndaşalrı qabaqlayıcı tədbirlər görməyə səsləyib.

Mətbuat konfransında qanunsuz ov edənlərə nəzarətin gücləndiyi və iki gün əvvəl Mahmudçala Ovçuluq Təsərrüfatında iki Küveyt vətəndaşının ov qaydalarının pozulmasına görə saxlanıldığı və hər birinin 2 min manat cərimələndiyi bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti