Xəzər Xəbər

Bakıda binanın dam örtüyündə təhlükəli vəziyyət yaranıb - VİDEO

Veb TV | 21:11 • 7 Noyabr 2019
Bakıda binanın dam örtüyündə təhlükəli vəziyyət yaranıb -

Bakının Binəqədi rayonu ərazisində binalardan birinin dam örtüyündə problem yaranıb. Ona görə də vətəndaşlar binanın önündən keçərkən təhlükə ilə üz-üzə qalırlar.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Binəqədi rayonunun 7-ci mikrorayon ərazisindəki binalardan birindən gedir.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Bildirdilər ki, həmin qopan dam örtüyü binanın yox, 5-ci mərtəbədə yaşayan bir vətəndaşın balkonunun dam örtüyüdür.

Mövcud təhlükə barədə isə İcra Hakimiyyətinə heç bir müraciət daxil olmayıb. "Xəzər Xəbər"in müraciətindən sonra əraziyə aidiyyatı şəxslər tərəfindən baxış keçirilib və sallanan dam örtüyü götürülərək təhlükəli vəziyyətin qarşısı alınıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti