Xəzər Xəbər

Abonentə yazılmış 332 manat cərimə ləğv ediləcək - "Azəriqaz'' - VİDEO

Veb TV | 19:09 • 7 Noyabr 2019
Abonentə yazılmış 332 manat cərimə ləğv ediləcək -

Yevlaxda abonent ona 332 manat cərimənin səhvən yazıldığını iddia edir.

Xezerxeber.az-ın məlumatına görə, belə bir hadisə ilə Ağdaş rayonu, Yuraxı Ləki kənd sakini Xanım Məsimova qarşılaşıb.

Onun sözlərinə görə, bu ilin fevral ayında Ağdaş rayon Qaz İstismar Sahəsinin əməkdaşları kənd ərazisində qaz xətlərinin dəyişdirilməsi işləri görüblər. Bu vaxt Xanım Məsimovanın evinin yaxınlığında qaz xəttində qaynaq işləri aparılan zaman çıxan qığılcım qaz sayğacını zədələyib.

Xanım Məsimova deyir ki, qaz sayğacında yaranan problemin həll edilməsindən bir neçə ay ötməsinə baxmayaraq ona cərimə yazılıb. Cərimə yazıldıqdan sonra isə o, Ağdaş rayon Qaz İstismar Sahəsinə müraciət edib, amma heç bir nəticə olmayıb. Qaz İstismar Sahəsinin rəhbəri isə ona belə vəziyyətdə ancaq məhkəməyə müraciət etməli olduğunu bildirib.

Məsələ ilə bağlı "Azəriqaz'' İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib ki, abonentə yazılan cərimə zədələnmiş sayğacın cəriməsi kimi qeydə alınıb. Ancaq araşdırma zamanı bu cərimənin səhv yazıldığı məlum olub.Buna görə də həmin cərimə ləğv olunacaq.

Qazla bağlı problemi yaranan vətəndaşlar "Azəriqaz'' İstehsalat Birliyinin 104 və 185 qaynar xəttinə zəng vurub məlumat verə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti