Xəzər Xəbər

İnhisarçılıqla mübarizə gücləndirilməlidir - ŞƏRH - VİDEO

Veb TV | 18:48 • 23 Oktyabr 2019
İnhisarçılıqla mübarizə gücləndirilməlidir -

''Azərbaycanda inhisarçılığın azaldılması ölkə iqtisadiyyatının birbaşa inkişafına şərait yaradacaq''.

Xezerxeber.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyevin Şahin Mustafayevə yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən verdiyi tapşırıqları şərh edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib. Onun sözlərinə görə, bu göstərişlər, əslində hər bir məmur üçün bir mesajdır.

Millət vəkili Vahid Əhmədov isə Prezidentin kölgə iqtisadiyyatının aradan qaldırılması ilə bağlı verdiyi tapşırıqları xatırladıb və bu məsələyə nəzarətin gücləndirilməsi ilə büdcəyə daxil olan vəsaitlərin nəzərəçarpacaq dərəcədə artacağını deyib.

Bundan başqa, həmin görüşdə verilən digər bir tapşırıq isə iqtisadiyyatın inkişafının demoqrafiq inkişafı üstəlməsidir ki, bu məsələ də Azərbaycanda gələcəkdə yarana biləcək işsizliyin qarşısının alınması üçün vacibdir. İqtisadiyaytın inkişafı isə əsasən qeyri-neft sektorunun hesabına təmin edilməlidir ki, risklər maksimum az olsun.

Əsas məsələlərdən biri də qeyri-neft sektorunun inkişafına ayrılan vəsaitəlrin səmərəli xərclənməsidir.

Millət vəkilləri deyir ki, Prezidentin göstərişlərində qeyri-neft sektoruna xarici sərmayənin cəlb edilməsi xüsusi yer tutur. Bunun üçün, ilk növbədə inhisarçılıqla mübarizə gücləndirilməli və investisiya mühiti daha da yaxşılaşdırılmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti