Xəzər Xəbər

Mingəçevir su anbarı qanunsuz ov alətlərindən təmizlənir - VİDEO

Veb TV | 19:54 • 22 Oktyabr 2019
Mingəçevir su anbarı qanunsuz ov alətlərindən təmizlənir -

Mingəçevir su anbarının qadağan olunmuş ov vasitələrindən təmizlənməsinə başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti tədbir Mingəçevir su anbarında tədbir keçirilib.

8 saylı Regional Ekologiya və Su Nəqliyyatında Polis idarələrinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Mingəçevir su anbarının bir hissəsi balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.

Mingəçevir su anbarında və digər su hövzələrində reydlər davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti