Tovuz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Əlibəyli kənd sakini, 1963-cü il təvəllüdlü Səmədov Cəfərqulu Məmmədəli oğlu yolu qarşı tərəfə keçən zaman "VAZ" markalı avtomobil onu vurub. Nəticədə piyada ağır xəsarətlər alıb. O,xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.