Xəzər Xəbər

Şəfaət Mehdiyev küçəsi nə vaxt açılacaq? VİDEO

Veb TV | 19:38 • 20 Oktyabr 2019
Şəfaət Mehdiyev küçəsi nə vaxt açılacaq?

İki gün əvvəl tam olaraq bağlanan yolda təmir işlər sürətlə aparılır.

Söhbət paytaxtın Yasamal rayonu Şəfaət Mehdiyev küçəsində aparılan yenidənqurma işlərindən gedir. Həmin yolun Akim Abbasov küçəsi və Tbilisi prospekti arasında yerləşən hissəsindəavtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

Ağır texnikaların vasitəsi ilə köhnə asfalt qatı qaşınaraq kənara daşınıb.

Qeyd edək günün pik saatlarında metronun''Elimlər Akademiyası'' stansiyasının qarşısında sıxlığı azaltmaq məqsədi ilə sözügedən yol Tiblisi ilə Hüseyn Cavid Prospektlərini birləşdirəcək. Bu səbəbdən də Şəfaət Mehdiyev küçəsinin 1 kilometrə yaxın hissəsinin genişləndirilməsi üçün xeyli sayda yaşayış və qeyri-yaşayış obyekti sökülüb. Bununla da həmin yolun 1 kilometirlik hissəsinin eni təxminən 18 metr olacaq.

Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarıbildirdilər ki, yol tam olaraq gələn həftənin sonuna qədər açılacaq. Bu səbəbdən də sürücülər alternativ olaraq Hüseyn Cavid və Həsən bəy Zərdabi prospektlərindən, Əhməd Cəmil, Zahid Xəlilov, Həsən Məcidov, Akim Abbasov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.

Xəbər lenti