Xəzər Xəbər

Beyləqanda 1100 ot tayası yandı VİDEO

Veb TV | 18:10 • 20 Oktyabr 2019
Beyləqanda 1100 ot tayası yandı

Heyvanlar üçün qışa tədarük etdiyi ot bağlamaları yanaraq kül oldu. Ev sahibi hadisənin qəsdən törədildiyini iddia edir.

Hadisə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində Nəzər Paşayevin başına gəlib. O deyir ki, 1100 ədəd ot bağlamasını naməlum şəxs və ya şəxslər yandırıblar. Bununla da ona 5 min manatziyan dəyib. Zərərçəkənin sözlərinə görə, 2 il əvvəl də onun başına bənzər hadisə gəlib.

Kənd sakinləri də ot tayasının qəsdən yandırıldığını deyirlər.

Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib. Rayon polis şöbəsində hadisənin qəsdən törədilib-törədilmədiyi istiqamətdə araşdırma aparılır.

 

Xəbər lenti