Xəzər Xəbər

Şamaxıda 3 yaşlı uşağı anası zəhərləyib? VİDEO

Veb TV | 19:17 • 15 Oktyabr 2019
Şamaxıda 3 yaşlı uşağı anası zəhərləyib?

Ana ehtiyatsızlıq edərək 3 aylıq uşağına ağ neft məhlulu içirdib. Nəticədə uşaq zəhərlənərək xəstəxanaya aparılıb.

Hadisə ötən gün Şamaxıda baş verib. 3 aylıq körpə Cəlal İbrahimovun vəziyyəti ağır olduğundan valideyinləri onu Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriblər.

Toksikologiya şöbəsinin müdiri Azər Maksudov bildirir ki, hazırda uşağın vəziyyəti yaxşılaşmağa doğru gedir.

Digər bir zəhərlənmə hadisəsi isə Samuxda olub. 6 yaşlı Nuran İbrahimov həyətdə fosfor üzvlü məhlul içərək zəhərlənib. Xəstə axşam saatlarında Təcili tibbi yardım briqadası iləkəskin ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılıb. Uşağın həyatını xilas etmək üçün həkimlər konsilum təşkil edilərək müalicəvi tədbirlərə başlayıblar.

Azər Maksudov onu da bildirdi ki, ilin əvvəlindən bu vaxta qədər 12 uşaq fosfor üzvlü birləşmələrdən, 16 uşaq isə ağ neft tərkibli məhluldən zəhərlənərək 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirlib. Onlar arasında ölən olmayıb. Şöbə müdiri xüsusən də həyət evlərində yaşayan vətəndaşlara kimyəvi tərkibli məhlulları uşaqların əli çatmadığı yerlərdə nəzarət altında saxlamağı tövsiyyə edir.

 

Xəbər lenti