Xəzər Xəbər

Zaqatalada canavarlar fermaya basqın etdi – 40 QOYUNU PARÇALADILAR - VİDEO

Veb TV | 18:52 • 14 Oktyabr 2019
Zaqatalada canavarlar fermaya basqın etdi

Zaqatalada canavarlar təsərrüfata hücum edib. Yırtıcılar xeyli sayda xırdabuynuzlu heyvana ziyan vurub. Həmin vaxtı çobanlaryemək fasiləsində olublar.

Çobanlar yeməkdə olan vaxtı canavarlar sürüyə hucum ediblər.

Hadisə Zaqatala rayonun Kəpənəkçi kəndində örüş yerindəki fermada baş verib.Yırtıcılar kənd sakinləri Abducəlil Abdurahmanov, Yusif İsayev və Sahib Qurbanovun birgə təsərrüfatına hücum ediblər. Canavarlarumumlikdə 160 baş heyvandan 13-ü tələf edib , 30-a yaxınını isə yaralayıb.

Kənd sakinləri yaralanan heyvanların sağalmayacağından narahatdırlar.Onlar digər heyvanların da zamanla öləcəyini deyir

Hadisə ilə bağlı Baytar Nəzarət Xidmətinin əməkdaşlarına məlumat verilib. Xidmətin əməkdaşlarının nəzarəti aldında tələf olmuş heyvanlar basdırılıb və yaralanmış heyvanlara lazımi dərmanlar verilib.

 

Xəbər lenti