Xəzər Xəbər

Bakı-Sumqayıt yolunda hərəkət qismən məhdudlaşdırılıb - VİDEO

Veb TV | 18:57 • 13 Oktyabr 2019
Bakı-Sumqayıt yolunda hərəkət qismən məhdudlaşdırılıb -

Bakı-Sumqayıt yolunda kommunikasiya xətləri dəyişdirilir. 


Xezerxeber.az-ın məlumatına görə, yolun üzü Sumqayıt istiqamətində 10.5 -ci kilometrindən 11.5 -ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə bu gündən etibarən təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb. 


Yolun bir zolağı avtomobillərin hərəkəti üçün bağlanılıb və qazılaraq böyük ölçülü borular basdırılır. Bu işlər ''Azərsu'' ASC tərəfindən həyata keçirilir.

Əraziyə çoxlu sayda yol patrul xidməti əməkdaşı da cəlb edilib və tıxacın qarşısını almağa çalışırlar.

Aparılan təmir işləri ilə bağlı "Xəzər Xəbər"ə açıqlama verən ''Azərsu'' ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Xırdalan şəhərində yaranan kanalizasiya sularının kənarlaşdırılması üçün 4250 metr uzunluğunda təzyiqli kanalizasiya kollektoru tikilir ki, bunun 2500 metri hazırdır.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi idarəsi də sözügedən halla bağlı sürücülərə xəbərdarlıq edib. Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Təmir işləri bir neçə gün davam edəcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti