Xəzər Xəbər

Bakıda "ölüm səfəri"nə çıxan taksi sürücüsü - VİDEO

Veb TV | 11:21 • 11 Oktyabr 2019
Bakıda "ölüm səfəri"nə çıxan

Bakıda yol-hərəkəti qaydalarını kobud şəkildə pozan daha bir taksi sürücüsünün görüntüləri yayılıb.

Bir neçə gün əvvəl 90 UO 387 dövlət qeydiyyat nişanlı "Tofaş" markalı avtomobil yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq Zığ yolundan Nobel prospektinə doğru öz yolu ilə hərəkət edən digər avtomobilin qarşısına çıxıb. Taksi sürücüsünün etdiyi kobud qayda pozuntusu səbəbindən baş verə biləcək ağır qəzadan son anda yayınmaq mümkün olub.

Qeyd edək ki, taksi sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin intizamsız şəkildə idarə edilməsi hallarına tez-tez rast gəlinir.

publika.az

Xəbər lenti