Xəzər Xəbər

80 yaşlı biznesmənə ərə gedən gənc aktrisa: “Onun var-dövləti və...” VİDEO

Veb TV | 14:45 • 9 Oktyabr 2019
80 yaşlı biznesmənə ərə gedən gənc aktrisa: “Onun var-dövləti və...”

Xəbər verdiyimiz kimi, 32 yaşlı türkiyəli aktrisa Meltem Miraloğlu 80 yaşlı amerikalı biznesmenə ərə gedib.

Aktrisa bu barədə "2-ci sayfa” proqramına açıqlama verib. O bildirib ki, aralarındakı yaş fərqi onlar üçün ciddi maneə deyil:

"Yaş fərqi heç bir problem yaratmır. Onun çox gözəl bir ürəyi var. Mən onun var-dövləti və Amerika vətəndaşlığı ilə maraqlanmıram. Bizdə ilk baxışdan sevgidir. Evlilik təklifi çox romantik idi, ona hər qadın "hə" deyərdi. Ancaq bu təklifin necə olması qoy bizə qalsın. Xoşbəxtəm, bu, mənim seçimimdir. Şəxsi həyatımla əlaqədar cəmiyyətdən hörmət gözləyirəm".

 

Xəbər lenti