Xəzər Xəbər

ABŞ ordusu çıxınca YPG səngərləri qoyub qaçdı VİDEO

Veb TV | 12:27 • 9 Oktyabr 2019
ABŞ ordusu çıxınca YPG səngərləri qoyub qaçdı

Türkiyə Silahlı Qüvvələri Suriyanın şərqində böyük bir hərəkat üçün son hazırlıqları görür.

Amerikanın da bölgədən çəkilmək qərarı verməsi ilə terror təşkilatı YPG/PKK-çılar tərəfindən qazılan səngərlərin və yaradılan mövqelərin boş qaldığı görünür.

Qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şərqində özünə yuva quran terror təşkilatı PKK-nın Suriya qanadı olan YPG-ni bölgədən təmizləməkdə qərarlıdır:

"Türkiyə Silahlı Qüvvələri artıq sadəcə "atəş” əmrini gözləyir. Menbiçdəki səngərlərdə və mövqelərdə terrorçuların olmadığı görünür. Həmin mövqelər YPG/PKK-çı terrorçular tərəfindən 3 il öncə İŞİD-dən alınmışdı. Suriyanın Hələb şəhərinə bağlı olan Kobaninin Zor Mağar kəndindəki mövqelər və postlarda da terrorçuların olmadığı məlum olub”.

O da bildirilir ki, sözügedən səngər və mövqelər ABŞ-ın bölgədə olduğu vaxtlarda yaradılıb.

Türkiyə mediası boş qalan mövqelərin son durumunun fotolarını da yayıb./teleqraf

Xəbər lenti