Xəzər Xəbər

Azərbaycana qar yağdı VİDEO

Veb TV | 18:42 • 22 Sentyabr 2019
Azərbaycana qar yağdı

Azərbaycanın dağlıq ərazisinə qar yağıb.

İlk qar Qubanın Xınalıq kəndində qeydə alınıb. XəzərXəbər-in bölgə müxbirinin verdiyi məlumata görə, qar gecədən yağmağa başlayıb. Səhər saatlarında isə ərazi artıq ağ örpəyə bürünüb.

Hazırda qarın hündürlüyü 5-7 sm çatır.

Bundan başqa, Söhüb, Rük, Buduq, Dalıqaya, Zıxır, Girdah və digər dağlıq kəndlərinə qar yağıb.

Meteoroloji proqnozlara görə, bu gün də ölkə ərazisində soyuq hava davam edəcək. Yüksək dağlıq ərazilərdə qarın yağmasının davam etməsi ehtimalı var.

Xəbər lenti