Xəzər Xəbər

Şirvan Milli Parkında safari avtomobilləri - VİDEO

Veb TV | 19:59 • 21 Sentyabr 2019
Şirvan Milli Parkında safari avtomobilləri -

Şirvan Milli Parkına iki safari nəqliyyat vasitəsi təqdim edib.

Xezerxeber.az-ın məlumatına görə, safari tipli müasir nəqliyyat vasitələri parkda infrastrukturun yaxşılaşdırılmasına və ekoturizm fəaliyyətinin inkişafına töhfədir.

Nəqliyyat vasitəsi istənilən hava şəraitində rahat hərəkət edir, enişli-yoxuşlu yollardan turistləri rahatlıqla mənzil başına çatdırır.

Hər cür şərait üçün əlverişli hesab edilən bu avtomobillər bir neçə gündür ki, Şirvan Milli Parkına gətirilib. Nəqiliyyat vasitələri həm isti, həm də soyuq havalar üçün nəzərdə tutulub.

Parkın əməkdaşları deyirlər ki, avtomobillərin turistlərin ixtiyarına verilməsi ekoturizmin inkişafına təkan olmaqla yanaşı, təbiətin qorunmasına da yardımçı olacaq. Şirvan Milli Parkında tətbiq ediləcək daha bir yenilik isə palçıq vulkanlarına kameraların quraşdırılması olacaq.

Kameraların yaxın vaxtlarda quraşdırılması nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti