Xəzər Xəbər

Nazir “Əsrin müqaviləsi”ndən danışdı: 143 milyard gəlir... - VİDEO

Veb TV | 19:12 • 19 Sentyabr 2019
Nazir “Əsrin müqaviləsi”ndən danışdı:

'' Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanan ''Əsrin müqaviləsi'' ilə Azərbaycanın formal müstəqilliyi real müstəqilliyə çevrildi''. Bunu Energetikə naziri PərvizŞahbazov YAP-ın qərargahında keçirilən mətbuat konfransında bildirib. O, bu müqavilə ilə ölkəmizdə hasil edilən neft, qaz barədə danışıb və əldə edilən gəliri açıqlayıb.

Nazir Əsrin müqaviləsi ilə Azərbaycana 36 mlyr dollar investisyanin qoyuldugunu, layihənin müddətinin 2050 -ci ilə qədər uzadılması ilə isə ölkəmizə daha 40 milyarddollar sərmayənin qoyulacağını bildirib. Pərviz Şahbazov ölkəmizdə neft hasilatının stabil qaldığını, qaz hasilatının isə artıdığını bildirib. O, qarşıda duran hədəflər barədə də məlumat verilib.

Eyni zamanda nazir Səudiyyə Ərəbistanında neft yataqlarına hücumdan da danışıb və artıq onun nəticələrinin aradan qaldırılması barədə informaiyalarin yayilmasi ilə neftin qiymətində ciddi dəyişikliyin gözlənilmədiyini bildirib.

Xəbər lenti