Xəzər Xəbər

Birjalarda neftin qiyməti kəskin artıb VİDEO

Veb TV | 19:47 • 16 Sentyabr 2019
Birjalarda neftin qiyməti kəskin artıb

Dünya bazarında neftin qiymətində təxminən 20 % artım olub. Buna səbəb Səudiyyə Ərəbistanında neft yataqlarında partlayışların törədilməsidir. Dronla törədilən partlayışlardan sonra bu ölkənin neft ixracı azaldığından qara qızılın qiyməti gözlənilmədən bahalaşıb. Mütəxəssislər isə bu qiymət artımının Azərbaycan üçün müsbət olduğunu amma artımın müvəqqəti xarakter daşıdığını bildirir.

Səudiyyə Ərəbistanında neft yataqlarına dronlarla edilən bombalı hücumlar dünya neft bazarında gərginliyə səbəb olub. Şənbə günü gecə törədilən partlayışlardan sonra bu gün açılan dünya birjalarında neftin satışında təxminən 20 %- lik artım müşahidə edilib.Buna səbəb hücumlar səbəbi ilə dünya bazarına çıxarılan neftin həcminin əhəmiyyətli dərəcədə azalmasıdır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şabanın sözlərinə bu dünyanın bir nömrəli neft hasilatçısının yataqlarında baş tutan ilk terror aktıdır və partlayışlar ən böyük yataqlarda törədilib.

Hadisə həftə sonu baş verdiyindən bazara təsir bu gün səhər saatlarında ciddi hiss edilsədə Amerikadan verilən açıqlamalar gərginliyi nisbətən səngitdi. Beləki Ağ ev neft rezervlərini bazara çıxaracağını bəyan edib və eyni zamanda böyük hasilatçılardan olan İraq bazara daha çox neft çıxarıb. Bu amillər isə qiymətin nsibətən enməsinə səbəb olub.

İlham Şabanın sözlərinə görə bu hal Azərbaycanın neft gəlirlərinin də artımına səbəb olacaq.Amma qiymətin nə qədər bu səviyyədə qalacağı hasilatçı ölklərin atacağı addımlar və verilən informasiyalardan aslıdır. Beləki Səudiyyənin enerji nazirinin sözlərinə görə hücumun fəsadları 2 gün ərzində, yəni sabah tam aradan qaldırılacaq. Əgər bu baş verərsə qiymətlərdə də azalma müşahidə ediləcək.

" frameborder="0" allowfullscreen>

Xəbər lenti