Xəzər Xəbər

Şamaxı yolunda "RAV 4" aşdı, ölən və yaralanan var VİDEO

Veb TV | 18:36 • 16 Sentyabr 2019
Şamaxı yolunda "RAV 4" aşdı, ölən və yaralanan var

Qobustan rayonunda avtoqəza zamanı ölən və xəsarət alan olub.

Hadisə Bakı-Şamaxı yolunda, Qobustan rayonu ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 52 yaşlı Arif Əliyevin idarə etdiyi avtomobil yoldan çıxıb və körpüdən aşıb. Nəticədə sürücü Arif Əliyev avtomobilin altında əzilərək ölüb.Bir sərnişin isə ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Hacıqabulda 3 yük avtomobilinin toqquşdugu qəza ölümlə nəticələnib.Hadisə gecə saatlarında Bakı-Qazax yolunun 160-cı kilometrliyində hacıqabul rayonunun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. türkiyə vətəndaşı 42 yaşlı cumalı qaraoğlanın idarə etdiyi qoşqulu yük avtomobili bakı istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq yolun kənarında dayanan 2 yük maşınına çırpılıb. Zərbənin gücündən yuk maşınlarının birində təmir işi görən sürücü-Bakı şəhər sakini, 61 yaşlı Əyyub Atakişiyev ağır xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılsa da dünyasını dəyişib. Digər sürücülər yüngül xəsarətlər alıblar. Hadisəyə səbəb Türkiyə vətəndaşının sükan arxasında yuxulaması olub. Yol qəzasının təfərrüatları araşdırılır.

Ağcabədi rayonunda da ölümlə nəticələnən yol qəzası baş verib.hadisə rayonun Xocavənd kəndi ərazisində qeydə alınıb. Motosiklet avtomobillə toqquşub. motosikletin sürücüsü, 37 yaşli Mübariz Allahverdiyev hadisə yerində ölüb. Qəza zamanı həmçinin Agcabədi rayon sakinləri - Ədalət Əliyev və Polad İsmayılov xəsarət alıblar. Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Həkimlər hər iki yaralının vəziyyətinin ağır olduğunu bildirib.Faktla bağlı araşdırma aparılır.

" frameborder="0" allowfullscreen>

Xəbər lenti