Xəzər Xəbər

“Kaspi” International School - Bu gün daha bir lisey öz qapılarını şagirdlərinin üzünə açdı - VİDEO

Veb TV | 19:37 • 16 Sentyabr 2019
“Kaspi” International School -

Bu gün daha bir lisey öz qapılarını şagirdlərinə açdı. Yeni tədris ilinin ilk günündə Kaspi Liseylər Şəbəkəsinin beynəlxalq məktəbi ilk dəfə birincilərini qəbul edib. Bu liseyin digərlərindən əsas fərqi tədrisin burda ingilis dilində aparılmasıdır.

Ağlayanlar, gülənlər və məktəbə sevinclə gələnlər. Bu gün yenə ilk məktəb günü rəngarəng kadrlarla yadda qaldı.

Görüntülər Kaspi liseylər şəbəkəsinin bu gün istifadəyə verilən yeni Kaspi İnternational School-da lentə alınıb. Liseyin açılış lenti kəsildikdən sonra məktəblilərin istifadəsinə verilib.

Liseydə bu gün sevinc və göz yaşları bir-birinə qarışıb. Dərsə başladığına sevinənlər də var idi, məktəbin nə olduğunu dərk etməyib ağlayanlar da...

Valideynlərin sevinc və həyəcan qarışıq hissləri də öz yerindəydi...

Yeni açılan məktəb 4 mərtəbədən ibarətdir və burda tədris kembric təhsil sistemi əsasında ingilis dilində aparılacaq.

Məktəbdə uşaqların təhsil almaları üçün hər cür imkan yaradılıb. Sinif otaqları ən müasir standartlara cavab verəcək şəkildə hazırlanıb. Həmçinin uşaqların dərsdən əlavə məşğuliyyətlərini səmərəli keçirmələri üçün bütün şərait var.

Tədris mərkəzində məktəblə bərabər məktəbəqədər hazırlıq və bağça da fəaliyyət göstərəcək.


Xəbər lenti