Xəzər Xəbər

Əlillərə və onlara bərabər tutulan şəxslərə avtomobil təqdim edilib - VİDEO

Veb TV | 18:32 • 12 Sentyabr 2019
Əlillərə və onlara bərabər tutulan şəxslərə avtomobil təqdim edilib -

Sentyabrın 12-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qarabağ müharibəsi əlillərinə və onlara bərabər tutulan şəxslərə "Xəzər” markalı 50 avtomobili təqdim edib.


Xezerxeber.az xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının nailiyyətlərini diqqətə çatdıraraq ölkəmizin dinamik iqtisadi inkişafı şəraitində güclü sosial siyasətin həyata keçirildiyini, həssas qruplara dövlətin qayğısının artmaqda davam etdiyini bildirib. Qeyd edilib ki, bu ilin ötən dövründə Prezident İlham Əliyevin uğurlu sosial islahatlar paketi əməkhaqlarının, pensiya, müavinət və təqaüdlərin ciddi şəkildə artmasına gətirib çıxarmaqla 4,2 milyon insanın rifahına ciddi dəstək olub.


Nazir müavini 2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlillərinə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsi gözlənildiyini, hazırda təqdim olunanlar da daxil olmaqla onlara 330 avtomobil verildiyini diqqətə çatdırıb.


A.Əliyev bildirib ki, bununla da indiyədək müharibə əlillərinə 6474 minik avtomobili təqdim olunub. Həmçinin Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə bu il azı 800 mənzil verilməsi nəzərdə tutulub. İlin arxada qalan dövründə həmin təbəqədən olanlara 110 mənzil təqdim edilib. Ümumilikdə indiyə qədər 6764 şəhid ailəsi və müharibə əlili nazirlik tərəfindən mənzillə təmin olunub.


Tədbirdə nazirlik yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri, ictimai birliklərin rəhbərləri ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi üçün aparılan işlərdən, müharibə əlillərinin, şəhid ailələrinin rifah halının yaxşılaşdırılması istiqamətində icra olunan proqramlardan razılıqla bəhs ediblər.


Yeni avtomobillə təmin olunan müharibə əlilləri dövlətin bütün sahələrdə onlara göstərdiyi qayğıdan, həssas qrupların rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımlardan danışıb, onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, o cümlədən yeni avtomobillərlə təmin edildiklərinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.




Xəbər lenti