Xəzər Xəbər

Aparıcının Arda Turanla bağlı sözləri internetdə rekord qırır VİDEO

Veb TV | 15:12 • 12 Sentyabr 2019
Aparıcının Arda Turanla bağlı sözləri internetdə rekord qırır

Türk futbolçu Arda Turan və müğənni Berkay Şahin arasında baş verən insidentlə bağlı məhkəmə qərarını açıqlayıb.


Arda Turan cinsi təcavüz iddialarına görə ittiham olunmasına baxmayaraq bu iddialara görə cəza almayıb.


Futbolçu sənədsiz silah gəzdirmək, qəsdən adam yaralamaq maddələrinə əsasən 2 il 8 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib. Ancaq məhkəmə bu cinayətlərə görə hökmün elanının təxirə salınmasına qərar verib.


Bu qərar çoxlarının qəzəbinə səbəb olub. "Show TV" aparıcısı Ece Ünerin Arda Turanla bağlı sərt sözləri isə sosial şəbəkələrdə ən çox müzakirə olunan videolardan olub.


Qısa zamanda milyonlarla insana çatan video bomba effekti yaradıb. İnternetdə rekord qıran videoda çoxlarının ürəyindən keçən sözlər yer alıb.


Fanat.Az

Xəbər lenti