Xəzər Xəbər

Əkiz qardaşlar yüksək balla tələbə adını qazanıblar - VİDEO

Veb TV | 19:44 • 11 Sentyabr 2019
Əkiz qardaşlar yüksək balla tələbə adını qazanıblar -

Rəşad və Rəşid Azadlı qardaşları yüksək bal toplayaraq (Rəşad 679.3 bal, Rəşid 663 bal) Bakı Ali Neft Məktəbinin (BANM) neft-qaz mühəndisliyi ixtisasını seçiblər.

Xezerxeber.az-ın məlumatına görə, Rəşad və Rəşiddə neft-qaz sənayesinə maraq atalarının uzun illər SOCAR-ın Qaz İxrac İdarəsində işləməsi ilə yaranıb. Bununla belə valideynləri onların ixtisas seçimlərinə heç bir müdaxilə etməyiblər. Onlar Bakı Ali Neft Məktəbində ixtisasları üzrə peşəkar ingilisdilli mühəndis kimi yetişəcəklərinə əmindirlər. 

Hər iki qardaş yüksək bal toplamaqlarının sirrini də açıqlayıb.

Rəşad Azadlı Prezident İlham Əliyevin "2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamına” əsasən, Prezident təqaüdünə layiq görülüb. O, Bakı Ali Neft Məktəbinə qəbul olunmuş Prezident təqaüdçülərindən biridir.

Qeyd edək ki, müvafiq Sərəncama əsasən, yeni tədris ilində 23 BANM tələbəsi Prezident təqaüdü alacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti