Xəzər Xəbər

Kürdəmir sakini İsmayıllıda oğurluq edib - VİDEO

Veb TV | 19:24 • 10 Sentyabr 2019
Kürdəmir sakini İsmayıllıda oğurluq edib -

Kürdəmir rayon sakini İsmayıllıda elektrik naqillərini oğurlayarkən ələ keçib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə İsmayıllı rayonunun Qubaxəlilli kəndi ərazisində olub.

Qəbələ hava xəttinin 293-294-cü dayaqları arasında elektrik naqillərinin oğurlanması ilə bağlı İsmayıllı rayon polis şöbəsinə məlumat daxil olub. Əməliyyat nəticəsində elektrik naqilini kəsib oğurlamaq istəyən Kürdəmir rayon sakini Anar Baxışov şübhəli şəxs qismində saxlanılıb.

Məlum olub ki, o, həmin ərazidə tək olmayıb. Hazırda polis digər şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlərini davam etdirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti