Xəzər Xəbər

Bakıdakı bütün obyektlərin qarşısında yaşıllıq zolaqları salınacaq VİDEO

Veb TV | 19:31 • 4 Sentyabr 2019
Bakıdakı bütün obyektlərin qarşısında yaşıllıq zolaqları salınacaq

Bakıdakı bütün obyektlərin qarşısında yaşıllıq zolaqları salınacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı yeni yaşıl guşələrin yaradılması ilə bağlı sərəncam imzalayıb. Sərəncamla sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə istifadələrində olan obyektlərin qarşısında yerləşən ərazilərdə mövcud yaşıllıqları günün tələbləri səviyyəsinə çatdırılması, yeni yaşıl guşələrin yaradılması və saxlanılması tövsiyyə edilir.

Bu praktika dünyanın bir çox ölkələrində mövcuddur. Yeni tikilən binaların ətrafında yaşıllıq zolaqlarının salınması isə tələb kimi qoyulacaq.

İcra Hakimiyyətindən bildirilib ki, sözügedən sərəncam yaşıllaşdırılması dövlət vəsaiti hesabına həyata keçirilən ərazilərə şamil edilmir.

Xəbər lenti

Çox oxunanlar