Xəzər Xəbər

Azərbaycanda çay evində QANLI HADİSƏ - 1 nəfər öldü VİDEO

Veb TV | 18:25 • 4 Sentyabr 2019
Azərbaycanda çay evində QANLI HADİSƏ - 1 nəfər öldü
Bakıda çay evində qətl törədib.

Hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

Abşeron rayonu, Xırdalan şəhərində kirayədə yaşayan İsgəndərov Əfqan Suvarağa oğlu paytaxtın Binəqədi rayonu, 6-cı mikrorayon, Mirmahmud Kazımovski küçəsi 112 b ünvanında yerləşən "Dəfnə" çay evində taksi sürücüsü tərəfindən bıçaqlanıb.
 


Ə.İsgəndərov təcili yardım briqadası ilə Kliniki Tibbi Mərkəzə çatdırılsa da, orada dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti