Xəzər Xəbər

“Qarabağ” məğlubiyyətlə qayıdır VİDEO

Veb TV | 09:30 • 23 Avqust 2019
“Qarabağ” məğlubiyyətlə qayıdır

"Qarabağ” bu gün Avropa Liqasının pley-off mərhələsinin ilk matçına çıxıb.

Ağdam təmsilçisi səfərdə "Linfild”in qonağı olub. Şimali İrlandiyanın paytaxtı Belfastdakı "Vindzor Park” stadionundan keçiriləcək görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Cütün cavab görüşü avqustun 29-u, Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

"Linfild” – "Qarabağ” - 3:2

Qollar: Mark Stefford, 40, Şeyn Leveri, 45, 75 - Faysal Rerras, 16, Maqaye Qeye, 90+2 (pen.)


Xəbər lenti