Xəzər Xəbər

Bazarlardakı qiymətlər ucuzlaşacaq Hökumət hərəkətə keçir - VİDEO

Veb TV | 19:56 • 22 Avqust 2019
Bazarlardakı qiymətlər ucuzlaşacaq

Bazar,yarmarka və super marketə baş çəkərək məhsulların qiymətləri ilə elə yeridəcə maraqlandı.

Baş nazirin müavini Əli Əhmədov əvvəlcə paytaxda yerləşən Yaşıl Bazara gəldi.Burada kənd təssərüfatı məhsullarının satış qiymətləri ilə maraqlandı.Məlum oldu ki,bazarda satışa çıxarılan bir çox məhsullar baha qiymətə satılır.

Əli Əhmədov bazarda meyvə-tərəvəzlərin də qiymətinin baha olduğunu bildirdi.Baxış zamanı bəzi məhsulların üzərində isə heç qiymətlərin vurulmadığı da məlum oldu.

Baş nazirin müavi daha sonra supermarketlərdən birində oldu.Qiymətlərlə maraqlanan Əli Əhmədov burada satılan məhsulların qiymətininin bazarla müqaisədə ucuz olduğunu bildirdi.

Sonda isə Baş nazirin müavini Əli Əhmdov Yasamal rayonunda təşkil olunan Kənd Təsərrüfatı Yarmarkasında da qiymətlərlə maraqlandı. Baş nazirin müavini qiymət fərqinin qarşısını almaq üçün hökümətin tədbirlər görəcəyini bildirib.

Əli Əhmədov onu da qeyd etdi ki,məhsulların sünü şəkildə qiymətlərin qaldırılması məsələsinə Azərbaycan höküməti ciddi şəkildə nəzarət edir.Bundan sonra da bu məsələ diqqət mərkəzində saxlanılacaq.

Xəbər lenti