Xəzər Xəbər

Oğurluq etmək istəyən və vətəndaşların pulunu mənimsəyən şəxslər yaxalanıb - VİDEO

Veb TV | 18:39 • 17 Avqust 2019
Oğurluq etmək istəyən və vətəndaşların pulunu mənimsəyən şəxslər yaxalanıb -

Bakıda pəncərəni qırıb evdən oğurluq etmək istəyən şəxs cinayət başında saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi Azərbaycan Qadını küçəsi 15 ünvanında baş verib.

Sözügedən həyət evindən mühafizə polisinə ''həyəcan'' siqnalı daxil olub.

Polis əməkdaşları dərhal həmin ünvana gələrək evə baxış keçiriblər. Bu zaman pəncərənin sındırıldığını aşkar ediblər. Bir nəfər şəxsin qaçaraq ərazidən uzaqlaşdığını görən polislər həmin şəxsi təqib edərək saxlayıblar. Həmin şəxs əvvəllər oğurluq cinayətinə görə həbs edilmiş, 23 yaşlı şəhər sakini Asim Zeynalovdur. Mühafizə polisi onu ərazi üzrə 14-cü polis bölməsinə təhvil verib.

Faktla bağlı Sabunçu rayon polis idarəsinin 14-cü polis bölməsində təhqiqat aparılır, həmin şəxsin digər oğurluq hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən banklardan birinin filialına məxsus bankomatın qarşısında əvəllər dələduzluq yolu ilə vətəndaşlara məxsus plastik kartlardan istifadə edərək onların pullarını mənimsəyən 51 yaşlı şəhər sakini Fətulla Nuriyev saxlanılılıb. O,ərazi üzrə 13-cü polis bölməsinə təhvil verilib. Bölmədə aparılan ilkin araşdırma zamanı məlum olubki, həmin şəxs eyni üsulla ayrı-ayrı vaxtlarda Bakı şəhər sakinləri Adeliya Ağayevaya məxsus kartdan 592 manat, Nərgiz Müzəffrovaya məxsus kartdan isə 3000 manat pul vəsaitini aldatmaq yolu ilə mənimsədiyini etiraf edib.

Həmin anlar bankomatın təhlükəsizlik kameralarına da düşüb.

Qeyd edək ki, Fətulla Nuriyev əvvəllər dələduzluq və qanunsuz olaraq narkotikdən istifadə etmə maddələri ilə məhkum olunub. Hazırda Sabunçu rayon polis idarəsində onun barəsində cinayət işi başlanıb, istintaq davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti