Xəzər Xəbər

Sergey Markov: Mehriban Əliyeva xalqlarımız arasında dostluğun inkişafına böyük töhfə verir - VİDEO

Veb TV | 20:10 • 14 Avqust 2019
Sergey Markov: Mehriban Əliyeva xalqlarımız arasında dostluğun inkişafına böyük töhfə verir -

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyanın "Dostluq" ordeni ilə təltif olunması, ilk növbədə, onun mədəniyyət və humanitar sahədəki fəaliyyəti, xalqlarımız arasındakı dostluq münasibətlərinə verdiyi böyük töhfə ilə bağlıdır.


Bu fikirləri  "Xəzər Xəbər"ə rusiyalı ictimai xadim, "Siyasi Araşdırmalar İnstitutu”nun baş direktoru, politoloq Sergey Markov bildirib.


Sergey Markov qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya ilə münasibətlərə böyük diqqət ayırır. Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban Əliyeva bu qurumun fəaliyyətini Rusiya ilə Azərbaycan arasındakı mədəniyyət sahəsində müştərək layihələri dəstək məcrasına yönəldir: "Fond Moskva, Ulyanovsk və Dərbənddə məktəbləri təmir etdirib. Həştərxanda knyaz Vladimrin abidəsini ucaldıb. "Arzu" adlı uşaq əyləncə meydançası, məktəb tikdirib. "Dostluq" adlı uşaq bağçasını inşa etdirib. Bütün bu faktların Azərbaycanın Birinci vitse-prezidentinin təltif olunmasında rolu var".


Sergey Markovun fikrincə, Azərbaycanın Birinci vitse-prezidentinin gördüyü işlər bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsini ifadə edir. Rusiyalı politoloq Mehriban Əliyevanın '' Dostluq'' ordeninə layiq görülməsini üç istiqamətdə dəyərləndirib.

Onun sözlərinə görə, ictimai-siyasi və dövlət xadimi olaraq Azərbaycan-Rusiya münasibətlərinin inkişafı üçün verdiyi çoxsaylı töhfələr Mehriban Əliyevanın "Dostluq" ordeninə layiq olduğunu sübuta yetirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar