Xəzər Xəbər

Qanunsuz heyvan kəsimi ilə bağlı şikayətlər var - VİDEO

Veb TV | 20:48 • 13 Avqust 2019
Qanunsuz heyvan kəsimi ilə bağlı şikayətlər var -

Qurban bayramının ikinci günündə də Qida Təhlükəsizliyi Agentlyinin stasionar və çadır tipli kəsim məntəqələri vətəndaşların xidmətində olub.

Xezerxeber.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları gün ərzində kəsim məntəqələrində prosesə nəzarət ediblər.

Agentliyin ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Aysel Fərziyeva deyib ki, vətəndaşlar tərəfindən quruma qanunsuz yerlərdə kəsimlə bağlı şikayətlər daxil olub.

Kənd Təsərrüfatı Nazirliyi isə "Kənddən şəhərə" yarmarkalarında indiyədək internet vasitəsilə satılan heyvanların sayını açıqlayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynovun sözlərinə görə, yarmarkalarda 160-180 manat arasında sabit qiymətlərin olması digər satış yerlərində də qiymətlərin ucuzlaşmasına səbəb olub.

Ancaq kəsim məntəqələrinə müraciət edənlərin sayı ilk günlə müqayisədə dəyişib.

Biz də paytaxtın müxtəlif bölgələrində qurbanlıq heyvanların satış qiymətləri ilə maraqlandıq. Demək olar ki əksər yerlərdə qiymət eynidir.

Qeyd edək ki, bayramın ikinci günü olsa da, heyvan satanlar qiymətlərdə heç bir endirim etmədiklərini deyiblər. Onlar heyvanları baha aldıqlarına görə qiymətlərdə sonradan endirim etməyin sərfəli olmadığını bildiblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti