Xəzər Xəbər

Bu mərkəzdə arıların iş prosesi onlayn şəkildə izlənilir - VİDEO

Veb TV | 20:12 • 12 Avqust 2019
Bu mərkəzdə arıların iş prosesi onlayn şəkildə izlənilir -

Goranboyda bir arıçılıq mərkəzində arıların bal istehsalını izləmək üçün elektron vasitələrdən istifadə olunur. Bundan əlavə arıların daha yaxşı nektar toplaması üçün ərazidə lavanda bitkisi əkilib.

Xezerxeber.az-ın məlumatına görə, burada həm məhsuldar, həm də işlək arılar yetişdirlir. Burada bal istehsalını, nektar gətirməsini izləmək üçün elektron tərəzi və GPS quraşdırılıb.

Goranboyun Fəxralı kəndində Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində yaradılan mərkəz 4 il öncə fəaliyyətə başlayıb. Burada hazırda 200-dən artıq təmiz qanlı Boz Qafqaz arı ailəsi təcrübə üçün qorunur. Mərkəzdə Azərbaycan brendi sayılan arı sortunun süni yolla artırılması prosesi də aparılır.

Mərkəzdə yetişdirlən təmiz qanlı Boz Qafqaz cinslərinin bu il arıçılıq təsərrüfatlarına satılmasına da başlanılıb. Maraqlı məqam ondan ibarətdir ki, mərkəzdə həmin canlıların iş prosesini, yeşiklərdə balın artıb-azalmasını internet üzərindən də müşahidə etmək mümkündür.

Rayonda ilk dəfə becərilən lavanda da arıların bal istehsalını artıracaq.

Arıçılıq mərkəzində gələcəkdə ilk dəfə olaraq aqro turizmin yaradılması planlaşdırılır. Bunun üçün ərazidə müvafiq şəaritin təşkili üçün işlər aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti