Xəzər Xəbər

Bakıda soyğunçuluq edən şəxs yaxalanıb - VİDEO

Veb TV | 19:05 • 23 İyul 2019
Bakıda soyğunçuluq edən şəxs yaxalanıb -

Bakıda azyaşlıya qarşı soyğunçuluq edən şəxs tutulub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Bakıda, Yasamal rayonunda baş verib.

Zərərçəkmişin valideynləri ərazi üzrə 28-ci Polis Bölməsinə məlumat verərək bildiriblər ki, tanımadıqları şəxs onların övladlarına yaxınlaşaraq əlində olan 5 manat pulu soyğunçuluq yolu ilə alıb. Bölmə əməkdaşları əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakinini Rəsul Hüseynovu saxlayıb.

Rəsul Hüseynov ifadəsində qeyd edilən hadisəni törətdiyini etiraf edib.

Saxlanılan şəxsin ətrafında aparılan əlavə əməliyyat tədbirləri zamanı onun bir neçə ay əvvəl paytaxt sakini olan bir qadına qarşı soyğunçuluq etməklə pul kisəsini aldığı müəyyən edilib. Həmin vaxt Rəsul Hüseynov zərərçəkmişə 500 manat maddi ziyan vurub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti