Xəzər Xəbər

Bakıda güclü külək ağacı kökündən çıxartdı - VİDEO

Veb TV | 18:42 • 23 İyul 2019
Bakıda güclü külək ağacı kökündən çıxartdı -

Ötən gecədən başlayan güclü külək Bakıda fəsadsız ötüşməyib. Küləyin təsirindən Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində böyük tut ağacı kökündən çıxaraq aşıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb.

Ərazidə yaşayanlar məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərüffatı Birliyinə məlumat veriblər. Hadisə yerinə gələn Birliyin əməkdaşları təhlükəsizliyi təmin etməklə aşan ağacı kəsərək ərazidən daşıyıblar.

Gecə bənzər vəziyyət Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində də olub. Burda isə ağacın iri gövdəsi qırılaraq yolun kənarına düşüb. Bu hadisə zamanı da xəsarət alan olmayıb.

Baki Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun sözlərinə görə, güclü külək səbəbindən Birliyə 10-a yaxın müraciət daxil olub.

Orxan Məmmədov sakinlərə ağacların altından keçərkən diqqətli olmalarını və mümkün qədər avtomobil saxlamamağı tövsiyə edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti