Xəzər Xəbər

Sumqayıtda piyada keçidi problemi yaşanır - VİDEO

Veb TV | 19:56 • 21 İyul 2019
Sumqayıtda piyada keçidi problemi yaşanır -

Sumqayıt şəhərində bir neçə ərazidə piyada keçidlərinin olmaması sakinlər üçün əsl təhlükəyə çevrilib.

Xezerxeber.az-ın məlumatına görə, piyadalar yolu keçmək üçün həyatlarını təhlükəyə atırlar.

Şəhərin 20 yanvar küçəsi ilə Bakı küçəsində hərəkətin təhlükəsizliyinin təmini məqsədi ilə sakinlər üçün salınan piyada keçidi zolağı bir müddətdir ki, pozulub. Piyadalar buna görə də hardan gəldi keçmək məcburiyyətində qalırlar.

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin Hərəkətin təhlükəsizliyi üzrə baş mühəndisi Şövqü İsmayılov "Xəzər Xəbər"ə bildirdi ki, iki gün bundan öncə bütün şəhərdə piyada keçidlərinə baxış keçirilib. Hansı piyada zolağında silinmə faktı aşkar edilibsə, onlar qeydiyyata alınıb. 20 yanvar küçəsi ilə Bakı küçəsinin kəsişməsində olan piyada keçidi isə yaxın günlərdə yenidən təmir olunaraq sakinlərin istifadəsinə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti