Xəzər Xəbər

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçirilir - VİDEO

Veb TV | 19:45 • 21 İyul 2019
Bakıda  XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçirilir -

Bu gündən Bakıda daha bir mötəbər yarış - XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, bu münasibətlə təşkil edilən mətbuat konfransında çıxış edən Gənclər və İdman naziri Azad Rəhimov bildirib ki, yarışların keçirildiyi idman obyektləri və Atletlər kəndi festivala tam hazır vəziyyətə gətirilib. Nazir qeyd edib ki, 7 gün ərzində 48 ölkənin idmançıları mükafatlar uğrunda mübarizə aparacaqlar.
Onun sözlərinə görə, festivalda Azərbaycanı 122 idmançı təmsil edəcək. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. "Bakı 2019”da atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş üzrə yarışlarda qüvvələrini sınayacaqlar.

Azad Rəhimov maliyyə məsələləri barədə də danışıb. Nazir qeyd edib ki, Azərbaycana bu yarış üçün gələn hər bir idmançı 90 avro pul ödəyir. Bura 3 dəfə yemək və qalmaq daxildir. Nəqliyyat və uçuş xərclərini də hər bir ölkə özü ödəyir. Üstəlik, yarışın təşkilatçılığının böyük hissəsini məhz Azərbaycan şirkətləri və mütəxəssisləri edir.

Nazirin sözlərinə görə, yarışa maraq da kifayət qədər böyükdür. Hətta bəzi yarışlar üçün bilet sayı kifayət etmir.

Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiççıxış edərək təşkilatçılıqdan məmnunluğunu ifadə edib və yarışın əhəmiyyətindən danışıb.

Qeyd edək ki, yarış iyulun 27 də yekunlaşacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti