Xəzər Xəbər

Ağdamda 17 yaşlı oğlan suda boğulub - VİDEO

Veb TV | 16:43 • 12 İyul 2019
Ağdamda 17 yaşlı oğlan suda boğulub -

Ağdamda 17 yaşlı oğlan suda boğularaq ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun "Baharlı- 2" qəsəbəsində baş verib.

Qəsəbə sakini Elnur Quliyev həmyaşıdları ilə qəsəbə ərazisindəki göldə çimərkən boğulub. Göldə batan gəncin meyitini qəsəbə sakinləri sudan çıxararaq ailəsinə təhvil veriblər. Hadisə yerinə Ağdam rayon polis şöbəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma davam etdirilir.

Xezerxeber.az mövzu ilə videogörüntünü təqdim edir:


Xəbər lenti