Xəzər Xəbər

Güclü külək və leysan İsmayıllıda bir sıra fəsadlar törədib - VİDEO

Veb TV | 19:46 • 10 İyul 2019
Güclü külək və leysan İsmayıllıda bir sıra fəsadlar törədib -

Güclü külək və leysan İsmayıllıda evlərə, meyvə ağaclarına və elektrik naqillərinə ziyan vurub.

Xezerxeber.az-ın məlumatına görə, ötən axşam saat 21:00 radələrində İsmayıllı rayonunda güclü küləklə müşayiət olunan leysan yağışı yağıb. Külək bir neçə evin və sosial obyektin dam örtüyünə ziyan vurub, İsmayıllıda məcburi köçkünlər üçün salınan "Qarabağ" yaşayış massivində məskunlaşan Şuşa sakini Rövşən Mirzəliyevə məxsus fərdi yaşayış evinin dam örtüyünü tamamilə qoparıb, yağış suları evə ciddi ziyan vurub.

Külək nəticəsində elektrik naqilləri qırılıb, rayon mərkəzinə elektrikin verilməsində fasilə yaranıb, qaz və su xətlərinə, meyvə bağlarına, əkin sahələrinə ziyan dəyib.

Rayonun Lahıc qəsəbəsinə turistləri gətirən avtobus dağdan gələn sel sularına görə yolda qalıb. Avtobusu su və lil basdığı üçün onu ərazidən çıxarmaq mümkün olmayıb. Turistlər Gəncəyə başqa avtobusla yola salınıb. Avtobusun sel basan ərazidən çıxarılması üçün əraziyə texnikalar cəlb olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti