Xəzər Xəbər

Azərbaycanlı gənc avtomobillərin hərəkətindən elektrik enerjisi ala bilən qurğu ixtira edib - VİDEO

Veb TV | 20:12 • 10 İyul 2019
Azərbaycanlı gənc avtomobillərin hərəkətindən elektrik enerjisi ala bilən qurğu ixtira edib -

Azərbaycanlı gənc avtomobillərin hərəkətindən elektrik enerjisi ala bilən yeni qurğu ixtira edib.


Xezerxeber.az-ın məlumatına görə, qurğu torpağın 20-25 santimetr dərinliyinə basdırılır və üzərindən avtomobil keçdikdə elektrik enerjisi əmələ gəlir.


Azərbaycanlı gənc Tural İsmayılzadə titrəşimi elektik enerjisinə çevirə bilən yeni Hyper TrafficEnergy Module '' adlı qurğu ixtira edib. Qurğunun sınaqları isə uğurlu alınıb.


Onun dediyinə görə, avtomobilin saatda 30 km/saatla bu qurğunun üzərindən keçməsi nəticəsində 8-14 vat arası enerji əldə edilə bilər. Qurğunun üzərindən nə qədər sürətlə keçilsə və titrəşim çox olsa toplanan enerji də bir o qədər artır. Avadanlığın işləməsi üçün kiçik bir toxnuşun olması kifayət edir. Burada yığılan enerjidən yolların və ya yol kənarı obyektlərin işıqlandırılmasında istifadə edilə bilər. Tural İsmayılzadə bildirir ki, bu qurğunu metroda relslərin üzərində də qurmağ mümkündür. Üstəlik, qurğunun hazırlanması da ucuz başa gəlir.


Tural İsmayılzadəyə bu qurğunun hazırlanmasında dostları da kömək edib və onlar komanda şəklində bu ixtiranın tanınması üçün lazımi sənədləri İngiltərinin patent idarəsinə göndərmək üçün çalışırlar. Bununla yanaşı, Azərbaycanda bu qurğunun tətbiqi üçün bəzi özəl şirkətlərlə danışıq aparılır.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti