Xəzər Xəbər

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası başa çatıb - VİDEO

Veb TV | 19:50 • 10 İyul 2019
Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası başa çatıb -

Bakıda keçirlən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası başa çatıb.

Xezerxeber.az-ın məlumatına görə, Forum barədə jurnalistlərə məlumat verən Mədəniyyət naziri Əbülfəs Qarayev 10 gün davam edən iclasda 166 layihənin müzakirə edildiyini və onlardan 32-nin yeni nominasiya olduğunu bildirib. Digər məsələlər isə təhlükə altında olan abidələrlə bağlı olub. 

Nazir deyib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası təkcə Azərbaycan üçün deyil, həm də dünya ölkələri üçün əlamətdar idi. Sessiyada 150-dən çox ölkənin 2500-ə yaxın nümayəndəsi iştirak edib. Bildirib ki, on gün ərzində komissiya tərəfindən 166 məsələ müzakirə olunub, 45 qərar qəbul edilib. 29 nominasiya UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bunlardan 24-ü mədəni, 4-ü təbii və 1-i qarışıq nominasiya olub. Bununla da Dünya İrs Siyahısında qorunan mədəni irs nümunələrinin sayı 1121-ə çatıb.

Nazir 6 illik gərgin işdən sonra Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsindən də danışıb və bu tarixi hadisədən sonra həm dövlət, həm də vətəndaşların üzərinə böyük yük düşdüyünü bildirib.

Əbülfəs Qarayev Çində keçiriləcək növbəti sessiyada da Azərbaycanın bir neçə tarixi abidəsinin iddiaçı kimi çıxarmaq üçün çalışdıqlarını bildirib. Amma nazir bu abidələrin adlarını hələlik açıqlamayıb.

Nazir, eyni zamanda, İranın Hirkan qorğunun tarixi məkanlar siyahına salınmasına nail olduğunu və hazırda bu qoruğun Azərbaycan tərəfindəki hissəsinin də bu siyahıya salınması üçün iş aparıldığını bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti