Xəzər Xəbər

Ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq üçün 104 nəfər müraciət edib - VİDEO

Veb TV | 20:15 • 10 İyul 2019
Ali məktəblərə müsabiqədənkənar qəbul olunmaq üçün 104 nəfər müraciət edib -

Beynəlxalq və Respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri olan 104 nəfər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq üçün Dövlət İmtahan Mərkəzinə müraciət edib.

Xezerxeber.az-ın məlumatına görə, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, onların müraciəti müsbət cavablandırılıb.

DİM-in sektor müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, müraciətlərinə müsbət cavab verilən olimpiada qalibləri bu ayın 15-dən 30-a kimi dövlət imtahan mərkəzinə gələrək ərizə yazmalıdırlar. Bundan sonra onlar ümumi ixtisas seçimində iştirak etmədən, seçdikləri müvafiq ixtisasda təhsillərinə başlayacaqlar.

Xanlar Xanlarzadə onu da bildirib ki, beynəlxalq səviyyədə tanınan proqramlar üzrə məzun olan abituriyentlər də imtahanlarda iştirak etmədən ali məktəblərə qəbul ola bilərlər. Bunun üçün onlar ixtisaslar üzrə müəyyən edilmiş konkret tələblərə cavab verməlidirlər.

İyul ayının 30-a qədər həmin abituriyentlər təhsil almaq istədikləri ixtisası seçmək üçün ya DİM-ə, ya da qurumun regional bölmələrinə müraciət etməlidirlər. Onların təhsil alacağı bütün ixtisaslarda təhsil ingilis dilində tədris olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti